...

Şimali Koreya ballistik raketin sınaqlarını həyata keçirib

Dünya xəbərləri Materials 7 May 2022 09:56 (UTC +04:00)
Şimali Koreya ballistik raketin sınaqlarını həyata keçirib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya bu gün səhər saatlarında növbəti dəfə ballistik raketin sınaqlarını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın sahil mühafizə xidməti bildirib.

Qeyd olunur ki, raketin Yapon dənizi istiqamətində buraxıldığı ehtimal edilir. Hazırda raketin düşmə nöqtəsi ilə bağlı dəqiqləşdirmə aparılır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya bu ilin əvvəlindən10-dan çox raket buraxılışı, o cümlədən qitələrarası ballistik raket sınağı həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti