...

Krasnoyarskda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 7 May 2022 12:43 (UTC +04:00)
Krasnoyarskda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, bu barədə diyarın Meşə Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, güclü küləklər meşə yanğınlarının sürətlə yayılmasına yol açır.

Bəzi yerlərdə küləyin sürəti saniyədə 40 metrədək çatır. Bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hazırda meşə yanğınları Krasnoyarsk diyarının bir neçə rayonunda, ümumilikdə 5 min kvadrat metr ərazidə davam edir.

Son məlumatlara əsasən, Nikolsk yaşayış məntəqəsində 5 nəfər yanğınlar nəticəsində həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti