Bakı. Trend:
Ağ Ev Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmağı, xüsusən də Amerikanın "Chevron" şirkətinin ölkədə işləmək üçün lisenziyasının uzadılmasına icazə verməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.
ABŞ hakimiyyəti bundan əvvəl Venesuela "PDVSA" dövlət neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Karlos Erik Malpika-Floresə qarşı fərdi sanksiyaları da ləğv etməyi planlaşdırır. Bildirilib ki, bu tədbirlər prezident Nikolas Maduro ilə Venesuela müxalifəti arasında danışıqları asanlaşdırmaq məqsədi daşıyır.
Bununla belə, "Chevron" Latın Amerikası ölkəsindən neft çıxarmaq və ixrac etmək hüququnu almayacaq.