...

Rusiya və Çin BMT TŞ-də KXDR-yə qarşı sanksiyaları nəzərdə tutan qətnaməyə veto qoyub

Dünya xəbərləri Materials 27 May 2022 05:31 (UTC +04:00)

Bakı. Trend:

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bununla əlaqədar sənəd qəbul edilməyib.

Təhlükəsizlik Şurasının digər üzvləri - Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç və BƏƏ - qətnamənin lehinə səs veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti