...

İranda qatar qəzasında ölənlərin sayı 21-ə çatıb (FOTO)

Dünya xəbərləri Materials 8 İyun 2022 14:08 (UTC +04:00)
İranda qatar qəzasında ölənlərin sayı 21-ə çatıb (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda bu gün səhər saatlarında baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, yaralıların sayı isə 86 nəfərə çatıb.

XXX

10:00

Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Cənubi Xorasan vilayətinin Təbəs rayonu qubernatoru Əli Əkbər Rəhimi deyib.

Ə.Rəhiminin sözlərinə görə, yerli vaxtla saat 05:30 radələrində Təbəs rayonu ərazisində qəzaya uğrayan Məşhəd-Yəzd qatarının 420 sərnişini olub.

Rəhimi əlavə edib ki, hadisə nəticəsində indiyədək 50 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İranlı qubernator hadisənin sərnişin qatarının ekskavatorla toqquşması nəticəsində baş verdiyini deyib.

XXX

08:04

Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Təbəs-Yəzd sərnişin qatarının relsdən çıxması nəticəsində indiyədək 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Cənubi Xorasan vilayəti Təbəs rayonu qubernatoru Əli Əkbər Rəhimi deyib.

Onun sözlərinə sözlərinə görə, hadisədə indiyədək 50 nəfər yaralanıb. Yaralıların sayının artacağı ehtimal olunur.

Ə.Rəhimi əlavə edib ki, hadisə nəticəsində 4 vaqon relsdən çıxıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti