Bakı. Trend:
ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində ticarət mərkəzində açılmış atəş nəticəsində bir nəfər həyatını itirib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, vəziyyət artıq nəzarət altındadır. Polis hadisə yerində odlu silah tapıb, həmçinin istintaq üçün əhəmiyyət kəsb edən şəxs saxlanılıb.
Hazırda polis ticarət mərkəzinin ərazisində axtarış aparır.