Bakı. Trend:
Nigerin Burkina-Faso ilə sərhəd ərazisində silahlıların hücumu nəticəsində jandarma bölməsinin azı 8 əməkdaşı həlak olubazı.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 33 nəfər yaralanıb, onlarda altısının vəziyyəti ağırdır.
Hücum zamanı Niger Silahlı Qüvvələrinin 5 maşını məhv edilib, 50-dən çox yaraqlı öldürülüb.
Burkina-Faso son illərdə Qərbi Afrikadakı terror qruplarının aktiv fəaliyyət bölgəsinə çevrilib. Ölkənin şərq və şimal-şərq bölgələrində azı iki terror qruplaşması fəaliyyət göstərir.