...

Kanadada naməlum şəxsin açdığı atəş nəticəsində ölən və yaralanan var

Dünya xəbərləri Materials 18 İyun 2022 21:37 (UTC +04:00)
Kanadada naməlum şəxsin açdığı atəş nəticəsində ölən və yaralanan var

Bakı. Trend:

Kanadanın Toronto şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli "CTV" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə şəhərin qərbində baş verib. Polisə daxil omuş məlumat əsasında, müvafiq qrup insidentin baş verdiyi əraziyə gəlib.

Onlar yaralı vəziyyətdə olan iki nəfəri aşkar ediblər. Onlardan biri aldığı güllə yaralarından sonradan hadisə yerində keçinib.

Digər yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsi müəyyən edilərək tutulması istiqamətində müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti