...

"SpaceX" alman hərbi peykini uğurla orbitə çıxarıb

Dünya xəbərləri Materials 19 İyun 2022 03:11 (UTC +04:00)
"SpaceX" alman hərbi peykini uğurla orbitə çıxarıb

Bakı. Trend:

ABŞ-ın "SpaceX" alman ordusunun ehtiyacları üçün kəşfiyyat peyki ilə birlikdə Falcon-9 daşıyıcı raketinin buraxılışını həyata keçirib.

Trend xəbər verir ki, raketin buraxılışı yerli vaxtla 07:19-da baş tutub.

Buraxılışdan səkkiz dəqiqə sonra daşıyıcının birinci pilləsi avtomatik olaraq kosmodromda yerləşən sahəyə enib. "Falcon-9"-un birinci pilləsi daha əvvəl SpaceX-in iki buraxılışında istifadə olunub.

Xatırladaq ki, "SpaceX"-in orbitə çıxardlğı SARah-1 peyki "Airbus" şirkəti tərəfindən Alman ordusu üçün hazırlanıb. Gələcəkdə orbitə daha iki oxşar peyk çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti