...

İranda 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 İyun 2022 08:15 (UTC +04:00)

Bakı. Trend:

İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər Lingə şəhərindən 51 kilometr şimal-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti