Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yüksək temperaturla əlaqədar həftəsonu üçün "narıncı" təhlükə səviyyəsi elan edilib.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Hidrometeorologiya mərkəzi bildirib.
Qeyd olunur ki, istirahət günlərində şəhər ərazisində temperatur 30-32 dərəcə təşkil edəcək.
Günorta saatlarında sakinlərə açıq havada gəzməmək tövsiyə olunub.
Qeyd edək ki, "narıncı" təhlükə səviyyəsi hava şəraiti ilə əlaqədar elan olunan 4 səviyyədən üçüncüsüdür. Ən yüksək səviyyə "qırmızı" təhlükə səviyyəsidir.