...

ABŞ-da meymunçiçəyinə qarşı mübarizə üçün 296 min vaksin paylanacaq

Dünya xəbərləri Materials 29 İyun 2022 08:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası yaxın həftələrdə ölkədə meymunçiçəyi xəstəliyinin yayılması ilə mübarizədə istifadə edilmək üçün federal ehtiyatlardan 296 min doza peyvəndi ştatlara təhvil verəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdən bildiriblər.

Məlumata əsasən, ölkədə xəstəliyin yayılmasına nəzarət etmək üçün meymunçiçəyinə qarşı milli peyvənd strategiyası qəbul edilib:

"Bu gün meymunçiçəyinə qarşı milli strategiyasının qəbulu ilə Birləşmiş Ştatlar peyvəndin paylanmasını əhəmiyyətli dərəcədə genişləndirir, qarşıdakı həftələrdə 296 000 doza paylayanacaq, onlardan 56 000 dozanı dərhal ayıracaq. Növbəti aylarda əlavə 1,6 milyon doza əldə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti