...

ÜST meymunçiçəyi ilə mübarizə üçün təcili addımların atılmasına çağırıb

Dünya xəbərləri Materials 2 İyul 2022 03:39 (UTC +04:00)
ÜST meymunçiçəyi ilə mübarizə üçün təcili addımların atılmasına çağırıb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hökumətləri meymunçiçəyi xəstəliyinin yayılmasına qarşı mübarizəni gücləndirməyə çağırıb.

Trend xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüge deyib.

"Əgər bunun gedişatını dəyişdirmək və bu xəstəliyin yayılmasını dayandırmaq istəyiriksə, təcili və əlaqələndirilmiş tədbirlər görmək lazımdır", - deyə H.Klüge bildirib.

Onun verdiyi məlumatlara görə, meymunçiçəyinə yoluxma hallarının təxminən 90 faizi təşkilatın Avropa regionunun payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti