Bakı. Trend:
ABŞ-ın İllinoys ştatının dairə prokuroru Erik Rinehart bildirib ki, Haylend-Park şəhərində Müstəqillik Günü Paradında atışmada şübhəli bilinən Robert Krimo 7 nəfəri öldürməkdə ittiham olunub.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
"Leyk dairəsinin prokurorluğu Robert Krimonu bu gün yeddi cinayətdə ittiham edib", - deyə E.Rinehart qeyd edib.
Onun sözlərinə görə, sonradan 22 yaşlı R.Krimoya "əlavə ittihamlar irəli sürüləcək". Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir:
"Məhkəmə zalında biz bu cinayətkarın maksimum cəzasını istəyəcəyik".