...

Fransada tətilə görə sürətli qatar reyslərinin 80 faizi ləğv edilib

Dünya xəbərləri Materials 6 İyul 2022 18:34 (UTC +04:00)
Fransada tətilə görə sürətli qatar reyslərinin 80 faizi ləğv edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransada dəmiryol işçilərinin tətili keçirilir.

Trend-in məlumatına görə, tətillə əlaqədar ölkə ərazisində yüksək sürətli qatar reyslərinin təxminən 80 faizi ləğv edilib.

Xüsusilə, Paris regionunda nəqliyyatın hərəkəti pozulub.

Qeyd olunur ki, dəmiryolçular əməhaqlarının artımı tələbi ilə bu gün birgünlük tətil elan edib.

Bu həftənin sonunda Paris hava limanlarının əməkdaşlarının tətilə qoşulacağı gözlənilir. Aeroport işçilər əməkhaqqının artırılması tələbi ilə 8-10 iyulda tətil elan edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti