...

İran nüvə sazişinə qayıtmaqdan imtina edərsə, təzyiqlə üzləşəcək - Ağ Ev

Dünya xəbərləri Materials 12 İyul 2022 03:15 (UTC +04:00)

Bakı. Trend:

Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaqdan imtina edərsə, ABŞ hakimiyyətinin təzyiqi ilə üzləşəcək.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Bizim nöqteyi-nəzərimizdən İranın seçimi var: o, ya “əməl etməyə qarşı əməl etmə” prinsipi ilə BHFP-nin icrasına qayıda bilər, ya da ABŞ-ın artan təzyiqi və beynəlxalq ictimaiyyətdən artan təcridlə üzləşə bilər", - deyə C.Sallivan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti