...

Sloveniyada koronavirusa yoluxma halları artır

Dünya xəbərləri Materials 12 İyul 2022 06:24 (UTC +04:00)

Bakı. Trend:

Sloveniyalı həkimlər keçən həftə bir həftə əvvəllə müqayisədə 2700-ə yaxın daha çox koronavirusa yoluxma halı qeydə alıblar.

Trend xəbər verir ki, bu barədə Sloveniyanın Mətbuat Agentliyi məlumat yayıb.

Bildirilir ki, ötən həftə respublikada 8700-ə yaxın koronavirusa yoluxma faktı təsdiqlənib. Xəstəxanaya yerləşdirilənlərin sayı da artıb, reanimasiyaya ehtiyacı olan xəstələrin sayı isə dəyişməz olaraq qalıb.

Ümumilikdə, pandemiya başlayandan ölkədə 1 050 179 koronavirusa yoluxma halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti