...

İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 16 İyul 2022 08:15 (UTC +04:00)
İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə hava zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.

"Bir müddət əvvəl raket atəşinə cavab olaraq İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir sıra terror obyektlərinə zərbələr endirib", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, zərbələr HƏMAS-ın hərbi postunun daxilində yerləşən silah istehsalı müəssisəsi və HƏMAS-a aid daha üç hərbi posta endirilib.

Qeyd edək ki, ötən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Raketlərdən biri "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi ilə vurulub, digəri isə açıq əraziyə düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti