...

İran və Türkiyə bir sıra əməkdaşlıq sazişləri imzalayıb

Dünya xəbərləri Materials 19 İyul 2022 16:15 (UTC +04:00)
İran və Türkiyə bir sıra əməkdaşlıq sazişləri imzalayıb

Bakı. Trend:

Çərşənbə axşamı İranın paytaxtı Tehrandakı Sədabad sarayında iki ölkə prezidentləri İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə ilə İran arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Trend xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.

İran və Türkiyə tranzit daşımaların inkişafı, elmi və mədəni mübadilə, idman, enerji, mədəniyyət, kənd təsərrüfatı və ticarət-iqtisadi mübadilə sahələrində əməkdaşlıq sazişləri imzalayıblar. Sənədləri iki ölkənin bir sıra idarələrinin rəhbərləri imzalayıblar.

Bundan əvvəl Tehranda iki ölkə prezidentinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti