Bakı. Trend:
Yeni Dehli hakimiyyəti Hindistanın paytaxtında meymunçiçəyi xəstəliyinə ilk yoluxma hadisəsi barədə məlumat veriblər.
Trend-in məlumatına görə, bu barədə Dehli Milli Paytaxt Dairəsinin Baş Naziri Arvind Kejrival deyib.
"Dehlidə ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı aşkar edilib. Xəstə stabildir və sağalır. Panikaya ehtiyac yoxdur. Vəziyyə nəzarət altındadır", - deyə A.Kejrival öz "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, bu, Hindistanda qeyd alınan dördüncü meymunçiçəyinə yoluxma hadisəsidir, bunda əvvəl üç yoluxma faktı Kerala ştatında aşkar edilib.