...

“Mançester Yunayted” Ronaldo ilə razılığa gələ bilməyib

Dünya xəbərləri Materials 28 İyul 2022 04:27 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldonu klubda qalmağa razı sala bilməyib.

Trend xəbər verir ki, bu barədə mənbəyə istinadən "The Times" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, iyulun 25-də futbolçu klubla gələcəyini müzakirə etmək üçün Mançesterə qayıdıb. “Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçunun klubda qalmasını istəyib, lakin “Mançester Yunayted” Ronaldonu qalmağa razı sala bilməyib.

Oyunçu Çempionlar Liqasında oynamaq niyyətindədir ("MY" İngiltərə Premyer Liqasında mövsümün sonunda Çempionlar Liqasına düşə bilməyib). Klub bu istəyə rəğbət bəsləyib və nümayəndələrinə Avropanın aparıcı klublarında variantları araşdırmaq icazəsi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti