Bakı. Trend:
Çinin mərkəzində yerləşən Henan əyalətində sürücü avtomobili insanların üzərinə sürüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, 29 yaşlı sürücü hadisə yerindən uzaqlaşsa da, qısa müddət sonra polis tərəfindən saxlanılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.