Bakı. Trend:
Solçu partiyaların "Tarixi Pakt" koalisiyasından Kolumbiyanın prezidenti seçilən Qustavo Petro rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
Trend-in məlumatına görə, o, Kolumbiyanın solçu partiyanı təmsil edən ilk prezidenti oldu.
Yeni dövlət başçısı mərasimin keçirildiyi Boqotadakı Bolivar meydanında deyib: “Allaha and içirəm və xalqa Kolumbiya Konstitusiyasının və qanunlarının müddəalarına sədaqətlə əməl edəcəklərinə söz verirəm”.