...

İranın şimalında 5 bala yaxın zəlzələ olub

Dünya xəbərləri Materials 8 Avqust 2022 12:54 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla 12:15 radələrində İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, 8 km dərinlikdə baş verən yeraltı təkanlar əhalinin təşvişə düşməsi ilə nəticələnib.

Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti