...

Putin Kim Çen Inı Koreyanın azad edilməsinin ildönümü münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 15 Avqust 2022 06:29 (UTC +04:00)
Putin Kim Çen Inı Koreyanın azad edilməsinin ildönümü münasibətilə təbrik edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina İkinci Dünya Müharibəsində Yaponiyanın təslim olması ilə eyni gündə qeyd olunan Koreyanın azad edilməsinin 77-ci ildönümü münasibətilə təbrik teleqramı göndərib.

Trend xəbər verir ki, V.Putin müraciətində çətin illərdə möhkəmlənmiş şanlı dostluq və əməkdaşlıq ənənələrinin Rusiya Federasiyası ilə KXDR arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün etibarlı əsas rolunu oynadığını vurğulayıb.

Rusiya prezidenti həmçinin hər iki ölkə xalqlarının mənafeyinə xidmət edəcək, Koreya yarımadasının və bütün Asiya regionunun sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək ikitərəfli münasibətlərin hərtərəfli və konstruktiv inkişafını davam etdirməyə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti