...

İsveçdə ticarət mərkəzinə atışma olub

Dünya xəbərləri Materials 19 Avqust 2022 22:20 (UTC +04:00)

Bakı. Trend:

İsveçin Malmö şəhərində yerləşən ticarət mərkəzlərindən birində silahlı insident baş verib.

Trend xəbər verir ki, bu barədə məlumat ölkənin Baş polis idarəsinin saytında yerləşdirilib.

Məlumata əsasən, atışma nəticəsində 2 nəfər yaralanıb.

"İnsidentlə bağlı 1 nəfər polislər tərəfindən saxlanılıb", - deyə məlumat bildirilir.

Yerli KİV-lərinə məlumatına əsasən, saxlanılan şəxsin 15 yaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti