...

Çexiya parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verib

Dünya xəbərləri Materials 27 Avqust 2022 10:21 (UTC +04:00)
Çexiya parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya parlamentinin aşağı palatası olan Deputatlar Palatası İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verib.

Trend-in məlumatına görə, bu barədə parlamentin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, İsveçin üzvlüyünün lehinə 151 deputatdan 135-i, Finlandiyanın lehinə isə 152 deputatdan 134-ü səs verib. Bir müddət əvvəl Çexiya Senatı bu addımı dəstəkləmişdi.

Bundan sonra ölkə prezidenti Miloş Zemanın bu sənədləri imzalaması gözlənilir. İsveç və Finlandiyanın NATO-ya üzv olmaları üçün alyansın bütün üzvləri bu qərarı təsdiqləməlidir.

Qeyd edək ki, NATO-nun genişlənməsi məsələsi ilə yanaşı, digər sosial-iqtisadi məsələlərin müzakirə olunduğu Deputatlar Palatasının iclası şənbə günü səhər saatlarınadək davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti