...

Almaniya vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı azalıb

Dünya xəbərləri Materials 30 Avqust 2022 12:20 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin iyul ayında Almaniya vətəndaşları Türkiyədə 163 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 35 obyekt azdır.

Trend-in məlumatına görə, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Almaniya vətəndaşları Türkiyədə 1 min 577 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 653 obyekt daha çoxdur.

2022-ci ilin iyul ayında Türkiyədə 93 min 902 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azdır. İyul ayında Türkiyədə əcnəbilərə 3 min 939 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti