...

Payızda Avropada koronavirusun yeni dalğası gözlənilir - ÜST

Dünya xəbərləri Materials 30 Avqust 2022 15:31 (UTC +04:00)
Payızda Avropada koronavirusun yeni dalğası gözlənilir - ÜST
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ölkələrində bir neçə həftə sonra koronavirusa yoluxanların sayı 250 milyon nəfərə çatacaq. Payızda yoluxmanın yeni dalğası gözlənilir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

"Biz pandemiya ilə mübarizədə böyük uğurlar qazanmışıq. Amma virus əvvəlki kimi dövr edir, insanlar xəstəxanalara düşməkdədir. Təkcə ötən həftə 3 min nəfər həyatını itirib. Payız və qışın yaxınlaşması ilə biz xəstəliyin növbəti dalğasını gözləyirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti