...

Türkiyədə IV Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 01:55 (UTC +04:00)
Türkiyədə IV Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub

Bakı. Trend:

Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub. Azərbaycan Oyunlardan böyük heyətlə təmsil olunur.

Trend xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin keçidi olub.

Məlumat verilib ki, oktyabrın 2-də təntənəli bağlanış mərasimi ilə başa çatacaq Oyunlarda dörd gün ərzində 102 ölkədən 3 mindən artıq idmançı çempionluq uğrunda mübarizə aparacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki çıxışında Oyunların türk dünyasının birliyinə və həmrəyliyinə təsirindən bəhs edib. Dövlət başçısı diqqətə çatdırıb ki, ilk üç oyunlara Qırğızıstanın ev sahibliyi etdiyi IV Dünya Köçəri Oyunlarını keçirməkdə məqsəd zəngin mədəniyyətimiz, tariximizi, ənənə və dəyərlərimizi tərənnüm etməkdir.

Sonra “Mehdəran” qrupunun ifası təqdim olunub.

Rəsmi açılışın təntənəli hissəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil olunan tarixi, bədii, musiqili, mədəni proqram nümayiş olunub. Azərbaycan mərasimin bu hissəsində nümunəvi mədəniyyət proqramı ilə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti