...

Türkiyədə Ukrayna donanmasının "Hetman İvan Mazepa" korveti suya buraxılıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2022 23:31 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Hetman İvan Mazepa” korveti Türkiyədə suya buraxılıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib.

"Hetman İvan Mazepa" korvetini suya buraxmaq şərəfinə nail oldum. Onun üçün adı 2021-ci ildə prezident Vladimir Zelenski seçib. Türkiyədə inşa edilən bu gəmi Ukraynaya xidmət edəcək və Dəniz Qüvvələrimizdə bu sinifdən olan ilk gəmi olacaq", - deyə Y.Zelenskaya qeyd edib.

Qeyd edək ki, 2020-ci il dekabrın 14-də Ukraynanın keçmiş müdafiə naziri Andrey Taran Türkiyə nümayəndələri ilə Ukraynada korvetlərin tikintisi üçün texnologiyaların ötürülməsinə dair saziş imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti