Bakı. Trend:
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən bildirib.
Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 24-cü raket sınağıdır, bundan əvvəlki sınaq 4 oktyabrda keçirilib.