...

NATO ölkələri təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi yaradacaq

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 12:21 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun 14 üzv ölkəsi Avropa ərazisində daha təkmilləşdirilmiş hava hücumundan müdafiə sisteminin yaradılması barədə bəyannamə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Almaniyanın DPA agentliyi yazır.

Qeyd olunur ki, sənəd NATO müdafiə nazirlərinin iclası çərçivəsində imzalanıb. Məlumata əsasən, "European Sky Shield" (Avropa səma qalxanı) təşəbbüsü hazırkı hava hücumundan müdafiə sistemindəki çatışmazlıqları aradan qaldıracaq.

Bəyannaməni Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya və Çexiya imzalayıb.

Estoniyanın da layihədə iştirak etmək niyyətində olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti