Bakı. Trend:
ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Trampın tərəfdarları noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ seçki sistemini pozmağa çalışırlar.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden cümə axşamı Demokratik Partiyanın Milli Komitəsinin Konqresin yaxınlığında təşkil etdiyi tədbirdə deyib.
"Bununla belə, indi ekstremist MAGA Respublikaçıları təkcə keçmiş seçkilərin deyil, həm də indi və gələcəkdə keçiriləcək seçkilərin legitimliyini şübhə altına alırlar. Respublika Partiyasının MAGA ekstremist elementi bu partiyada azlıq təşkil etsə də, onun hərəkətverici qüvvəsidir. O, 2020-ci ildə uğursuz olduğu yerdə uğur qazanmağa çalışır: səsvermə hüququnu əzmək və seçki sisteminin özünü sarsıtmaq", - deyə C.Bayden bildirib.
Qeyd edək ki, MAGA ("Make America Great Again") D.Trampın 2016-cı il seçki kampaniyasında ABŞ-ın siyasi leksikonuna möhkəm yerləşmiş əsas siyasi şüarıdır.