...

Cersi adasında yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 11 Dekabr 2022 23:23 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın Cersi adasının Sent-Helier şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb, daha 10 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə bazar günü adanın polis idarəsindən məlumat verilib.

"Partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, şənbə günü gecə saatlarında üçmərtəbəli yaşayış binasında partlayış baş verib, nəticədə bina tamamilə dağılıb. Cersi adasının yanğınsöndürmə bölməsinin rəisi Pol Braunun sözlərinə görə, faciə ərəfəsində sakinlər yanğınsöndürənlərə zəng edərək qaz iyindən şikayət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti