Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhəd məntəqəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 4 üzvü öldürülüb.
Trend-in məlumatına görə, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun cənub-şərq qərargahı məlumat yayıb.
Məlumata görə, naməlum silahlıların atəş açması nəticəsində 1 leytenant və 3 əsgər öldürülüb. SEPAH qüvvələrinin atəş açması nəticəsində silahlılar ölkə ərazisini tərk ediblər.