Bakı. Trend:
Kanadanın Britaniya Kolumbiyası əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Kelouna şəhər polisinə istinadən "CTV" telekanalı məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində 4 nəfər həlak olub.
"4 nəfərin ölümü təsdiqlənib, çox sayda yaralı var", - deyə açıqlamada bildirilir.
İlkin məlumata əsasən, qəzaya səbəb yolun buz bağlaması olub.