Bakı. Trend:
Braziliya polisi ölkənin paytaxtında Beynəlxalq Hava Limanında partlayış törətmək cəhdində şübhəli bilinən şəxsi saxlayıb.
Trend xə\xəbər verir ki, bu barədə "Correio Braziliense" qəzeti məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxs ölkənin istefa verən prezidenti Jair Bolsonaronun tərəfdarlarının aksiyalarında iştirak etmək üçün paytaxta gələn, ölkənin şimalındakı Para ştatından olan 54 yaşlı iş adamı olub. Aksiya iştirakçıları prezident səlahiyyətlərinin yeni seçilmiş sosialist Luis İnasio Lula da Silvaya verilməsinə qarşı çıxırdılar.
İş adamının yaşadığı mənzildən iki tüfəng, bir avtomat və bir neçə tapança, həmçinin döyüş sursatı və partlayıcı maddələr aşkar edilib. Silah şübhəli tərəfindən şəxsi avtomobilində gətirilib, lakin Para əyalətində mədən əməliyyatları zamanı istifadə edilən partlayıcı daha sonra ona çatdırılıb.
Xatırladaq ki, şənbə günü səhər saatlarında Braziliya paytaxtının hərbi polisi Brazilia hava limanının girişində əldəqayırma partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib.