...

Aİ-də sığınacaq axtaranların sayının artacağı proqnozlaşdırılır

Dünya xəbərləri Materials 26 Dekabr 2022 12:03 (UTC +04:00)
Aİ-də sığınacaq axtaranların sayının artacağı proqnozlaşdırılır

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Sığınacaq məsələləri üzrə Avropa ofisinin icraçı direktoru Nina Qreqori hesab edir ki, gələcəkdə Aİ-də sığınacaq axtaranların sayı artmaqda davam edəcək.

Trend xəbər verir ki, "Funke" media qrupuna müsahibəsində Nina Qreqori deyib:

"Müraciətlərin yaxın gələcəkdə artmaqda davam edəcəyi aydındır. Müasir dünyanın xarakterik xüsusiyyətlərindən biri də qeyri-sabitlik və təhlükəsizliyə təhdidlərin olmasıdır. Təəssüf ki, bunlar müvəqqəti deyil".

O, eyni zamanda, 2021 və 2022-ci illərdə baş verən geosiyasi hadisələrin beynəlxalq müdafiə ehtiyacına birbaşa təsir etdiyini və Aİ ölkələrində məcburi köçkünlərin sayının artmasına səbəb olduğunu vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları arasında Aİ-yə sığınacaq üçün demək olar ki, 790 min müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54% çoxdur. Bununla belə, Qriqorinin fikrincə, bu rəqəm 2015 və 2016-cı illərdə - Avropada miqrasiya böhranı dövründəkindən aşağı olaraq qalır. Aİ-nin Sığınacaq Məsələləri üzrə Agentliyinin məlumatına görə, sığınacaq axtaranların əksəriyyəti Suriya, Əfqanıstan və Türkiyədən gəlir. Almaniyada da son vaxtlar sığınacaq axtaranların sayında artım müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti