Bakı. Trend:
İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin partaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, 48 yaralı xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. Ən ağır hadisələr Neapol və Milanda qeydə alınıb. Romada 59 avtomobil yanıb.
Xəsarət alanlar arasında 50 azyaşlı var. İtaliyanın cənubundakı Tarantoda 10 yaşlı uşaq fişəng partlaması nəticəsində aldığı xəsarətlər səbəbindən qolu amputasiya edilib.