...

Türkiyədə avtobus qəzaya uğrayıb

Dünya xəbərləri Materials 17 Yanvar 2023 08:02 (UTC +04:00)
Türkiyədə avtobus qəzaya uğrayıb

Bakı. Trend:

Türkiyənin Mersin şəhərində avtobus qəzaya uğrayıb.

Trend xəbər verir ki, Damlama bölgəsində hərbçiləri daşıyan 21 BA 884 nömrəli avtobus naməlum səbəbdən eyni istiqamətdə hərəkətdə olan 31 AEK 926 nömrəli yük maşınla toqquşub.

Toqquşmadan sonra avtobus alovla bürünüb.

Qəzada 3 nəfər ölüb, 37 nəfər yaralanıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti