...

İsveç İslama qarşı hücumlarla mübarizə üçün təcili tədbirlər görməlidir - Fəxrəddin Altun

Dünya xəbərləri Materials 21 Yanvar 2023 22:48 (UTC +04:00)
İsveç İslama qarşı hücumlarla mübarizə üçün təcili tədbirlər görməlidir - Fəxrəddin Altun

Trend-i buradan izləyin

Bakı. Trend:

İsveç Türkiyəyə qarşı nifrət dolu təxribatların qarşısını almaq üçün dərhal tədbirlər görməlidir və İslama hücum edənlərlə mübarizə aparmalıdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhnəri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.

İsveç hakimiyyətinin söz və toplaşma azadlığı kimi bəhanələrin arxasında gizlənə bilməyəcəyini vurğulayan F.Altun deyib:

"Etirazçılar adlanan şəxslər Türkiyə və İslama qarşı nifrət toxumu səpmək əzmində olan təxribatçılardır. İsveç hökuməti onu anlamalıdır ki, İsveçin Türkiyə ilə münasibətlərinə xələl gətirərək, onun NATO-ya üzv olmasına mane olmaq istəyən terrorçu qruplar var".

Türkiyənin İsveçdəki səfirliyi qarşısında keçirilən "etiraz aksiyasının" terror təşkilatı PKK-nın təşkil etdiyi təbliğat fəaliyyətinə daha bir nümunə olduğunu deyən F.Altun, Türkiyənin İsveçin NATO-ya üzv olmamışdan əvvəl terrorla mübarizədə onunla əməkdaşlıq etməsini israrında haqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti