Bakı. Trend:
Çinin Sıçuan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Kandin şəhərindən 31 kilometr cənub-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.