...

Zəlzələdən sonra Təbriz yaxınlığında yağ emalı zavodunda yanğın baş verib (VİDEO)

Dünya xəbərləri Materials 29 Yanvar 2023 00:50 (UTC +04:00)
Zəlzələdən sonra Təbriz yaxınlığında yağ emalı zavodunda yanğın baş verib (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində 5,9 bal gücündə zəlzələnin baş verməsindən sonra Şərqi Azərbaycan vilayətinin Azərşəhr rayonunda avtomobil yağı istehsal edən zavodda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Təbriz yaxınlığında yerləşən Azərşəhr rayonunun Səlimi sənaye parkında baş verib.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti