...

Cənubi Koreyada gəmi aşıb, ən azı doqquz nəfər itkin düşüb

Dünya xəbərləri Materials 5 Fevral 2023 08:31 (UTC +04:00)
Cənubi Koreyada gəmi aşıb, ən azı doqquz nəfər itkin düşüb

Bakı. Trend:

Cənubi Koreya sahillərində qayığın batması nəticəsində ən azı 9 balıqçı itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Ölkə hakimiyyəti bildirib ki, fevralın 4-ü axşam saatlarında Cənubi Koreyanın cənub-qərb sularında, yaşayış olmayan Debiçi adasından 16,6 km aralıda balıqçı qayığı aşıb. Üç ekipaj üzvü xilas edilib.

"Yonhap" agentliyi qeyd edib ki, Cənubi Koreya prezidenti Yun Sok Yol itkin düşənlərin axtarışı və xilas edilməsi üçün maksimum səy göstərməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti