...

Türkiyədə zəlzələ rayonlarında avtomobil yolları bağlanıb

Dünya xəbərləri Materials 7 Fevral 2023 13:12 (UTC +04:00)
Türkiyədə zəlzələ rayonlarında avtomobil yolları bağlanıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgələrində avtomobil yolları bağlanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Hatay, Kahramanmaraş və Adıyamanda yollar fəlakətlə əlaqədar daşınma istisna olmaqla digər nəqliyyatlara 48 saat müddətinə bağlanıb.

Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3419 nəfərə, yaralıların sayı isə 20534 nəfərə çatıb. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti