...

ABŞ 2023-cü il üçün ölkədə neft hasilatı proqnozunu sutkada 80 min barel artırıb

Dünya xəbərləri Materials 8 Fevral 2023 04:09 (UTC +04:00)
ABŞ 2023-cü il üçün ölkədə neft hasilatı proqnozunu sutkada 80 min barel artırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2023-cü il üçün ölkədə neft hasilatı (digər maye karbohidrogenlər istisna olmaqla) proqnozunu sutkada 12,41 milyon bareldən 12,49 milyon barelə yüksəldib.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyinin enerji informasiya idarəsinin aylıq proqnozunda deyilir.

Proqnoz göstəricisi 2022-ci ilin nəticəsi (11,9 milyon barel) ilə müqayisədə 0,59 milyon barel çoxdur.

Yeni proqnoz həm də ABŞ-da 2019-cu ildə müəyyən edilmiş neft hasilatının orta illik rekordundan - 12,3 milyon bareldən təxminən 200 min barel çoxdur.

Nazirlik həmçinin 2024-cü il üçün hasilat proqnozunu sutkada 12,81 milyon bareldən 12,65 milyon barelə endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti