...

Türkiyədə sosial media hesablarına daxil olmada bir sıra texniki problemlər yaşanıb - Fuat Oktay

Dünya xəbərləri Materials 8 Fevral 2023 21:48 (UTC +04:00)
Türkiyədə sosial media hesablarına daxil olmada bir sıra texniki problemlər yaşanıb - Fuat Oktay
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə sosial media hesablarına daxil olmada bir sıra texniki problemlər yaşanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O qeyd edib ki, əlaqəli qurumlar bu haqda ətraflı məlumat verəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti