...

Şimali Koreya “Hvason-15” qitələrarası ballistik raketi buraxıb

Dünya xəbərləri Materials 19 Fevral 2023 04:28 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya ordusu şənbə günü 989 kilometr məsafə qət edən "Hvason-15" qitələrarası ballistik raketi buraxıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Məlumata əsasən, raket 5768,5 kilometr yüksəkliyə qalxıb və Şərq dənizində saxta hədəfi uğurla vurdu. Raketin uçuş müddəti 4 015 saniyə təşkil edib.

Bundan əlavə, KCNA qeyd edir ki, raketin buraxılması öncədən planlaşdırılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti