...

İranda zəlzələ olub

Dünya xəbərləri Materials 22 Fevral 2023 06:19 (UTC +04:00)

Bakı. Trend:

İranda 5,1 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 117 km şimal-qərbdə yerləşib.

Bildirilib ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti